Region 1-04-2026, 16:30

İranlı general: SEPAH Əl-Xərcdə amerikalı pilotların yaşadığı mənzilə hücum edib



"Qüvvələrimiz Səudiyyə Ərəbistanındakı Əl-Xərc hava bazasında amerikalı pilotların və ekipaj üzvlərinin mənzillərinə dron və raketlərlə zərbələr endirib".

Planetinfo.az xəbər verir ki, bu sözləri SEPAH-ın Aerokosmik Qüvvələri komandanı, briqada generalı Məcid Musəvi deyib.

General X-də hücumun Amerika təyyarə heyətinin toplanma məntəqəsini uğurla hədəf aldığını bildirib.

"Yaşayış yerlərinə dron və raketlərdən istifadə edərək hücum etdik və 200 nəfər itki verdik. İndi isə AWACS təyyarələrinə, tankerlərə və yanacaq anbarlarına endirilən zərbələrə əlavə olaraq, Tramp və Heqsetin itki və zərər siyahısına təyyarə heyətinin itkiləri və ziyan da daxildir", - deyə o qeyd edib.

Xəbər lenti