Britaniyanın Baş naziri Keir Starmer ABŞ Prezidenti Donald Trampın ölkəsini NATO-dan çıxarmaqla bağlı təhdidinə cavab verib.
Planetinfo.az xəbər verir ki, bu barədə Sky News məlumat yayıb.
"NATO dünyanın indiyə qədər gördüyü ən güclü hərbi ittifaqdır. O, bizə onilliklərdir ki, təhlükəsizlik təmin edib və biz NATO-ya tam sadiqik", - deyə o bildirib.
Starmer əlavə edib ki, özünə və digər milli liderlərə təzyiq nə olursa olsun, o, milli maraqları birinci yerə qoyacaq və Britaniyanı müharibədən uzaq tutacaq.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp "The Telegraph" qəzetinə verdiyi müsahibədə müttəfiqlərinin ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarını dəstəkləməməsindən sonra ABŞ-nin NATO-dan çıxmasını ciddi şəkildə düşündüyünü bildirib.