Siyasət 2-12-2025, 15:14

ATƏT-in Minsk Qrupu Azərbaycan üçün öz əhəmiyyətini çoxdan itirmişdi



"ATƏT-in Minsk Qrupunun 30 ildən çox yaranmış problemi həll etmək üçün iş görə bilməməsi onun yaranış mahiyyətinə uyğun olmadı. Üç ölkə Rusiya, ABŞ, Fransa bu illər ərzində Azərbaycanın Ermənistan tərəfindən işğalına son qoymaq əvəzinə işğal olunmuş torpaqların Ermənistan tərəfindən legitimləşdirilməsinə çalışdılar. Azərbaycan bu reallığı öz gücünə gəyişdi".

Planetinfo.az xəbər verir ki, bunları ƏHD Partiyasınən ictimai-siyasi məsələlər üzrə katibi Azər Qasımov səsləndirib. O deyib ki, Azərbaycan BMT-nin qətnamələrini əsas tutub işğal olunmuş torpaqlarını azad etdi:

"Ərazi bütövlüyünü bərpa etdi. Ona görə də ATƏT-in Minsk Qrupu Azərbaycan üçün öz əhəmiyyətini çoxdan itirmişdi. Rəsmi olaraq ATƏT-in ləğv olunması Azərbaycan üçün əhəmiyyəti olmayan məsələdir. Azərbaycan bundan heç bir məmnuniyyətlik duymur. Sadəcə fəaliyyətsiz bir qurum kimi qalması Azərbaycanı narahat edirdi. Ona görə də ATƏT-in Minsk qrupunun ləğv edilməsi vacib idi. Bu qurumun ləğvinin Azərbaycanın diplomatik qələbəsi adlandırmaq olar. Çünki qurum mövcudluğu gələcək qarşıdurmalar üçün zəmin yarada bilərdi".

Anar

Xəbər lenti