“Müxalif partiyaların cəmiyyətdə mövqelərinin təsirsiz olmasının səbəblərindən biri onların xalqdan ayrı düşməsidir. Şəxsən mən son dönəmlərdə, xüsusilə də parlamentdə olan müxalif partiya liderlərinin alternativ qanun layihələri təqdim etməsinin, yaxud da administrasiyadan daxil olan qanun layihələrinin hansınınsa əleyhinə səs verdiyinin, adicə irad bildirdiyinin şahidi olmamışam”.
Planetinfo.az xəbər verir ki, bunları AMİP liderinin köməkçisi Əli Orucov deyib. O bildirib ki, cərimələr və rüsumlar artırılır, ancaq müxalif deputatlar həmin dəyişikliklərin lehinə səs verirlər:
“Deməli onlar da xalqın və millətin maraqlarına uyğun gəlməyən qanunların qəbulunda birbaşa iştirak edirlər. Xalqın problemlərini dilə gətirməkdən çəkinirlər, hadisələrin quyruğunda sürünürlər. Müxalif siyasi partiyaların idarəçiliyi də bir qrupun maraqlarına uyğunlaşdırıldığından tənqidlərdən qaçırlar. Onlar bu postlara millətə, hətta öz əqidadsşlarına xidmət, onların maraq və mənafelərinin qorunması üçün deyil, iş yeri qazanc mənbəyi kimi baxırlar. Hesab edirəm ki, müxalifət partiyalarının özündə də ciddi problemlər var və islahatlara, yeniləməyə ciddi zərurət yaranıb. Əks təqdirdə müxalif partiyalar ölkədə gedən proseslərə heç nə ilə təsir edə və cərəyan edən hadisələrdə aktiv iştirak edə bilməyəcəklər”.
Anar