Siyasət 3-12-2025, 15:25

Azərbaycan-Türkiyə əlaqələrinin inkişaf perspektivləri müzakirə edilib




Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgün Azərbaycan Xarici İşlər Nazirliyində Türkiyə masasının da yer aldığı Şərqi Avropa, Cənubi Qafqaz, Qərbi və Mərkəzi Asiya üzrə Baş Direktorluğa təyin olunmuş Gürsel İsmayılzadə ilə görüşüb.

Planetinfo.az səfirliyə istinadən bildirir ki, səmimi və mehriban atmosferdə keçən görüş zamanı səfir Birol Akgün Gürsel İsmayılzadəni yeni təyinatla bağlı təbrik edib, ona uğurlar arzulayıb.

Söhbət zamanı Azərbaycanla Türkiyə arasında mövcud olan dostluq-qardaşlıq əlaqələri, bu münasibətlərin inkişaf etdirilməsinin perspektivləri müzakirə edilib.

Anar

Xəbər lenti