“Azərbaycan 2025-ci ili Cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla başa vurur. İlham Əliyev xüsusilə son 5 ildə Azərbaycanı dünyanın diqqət mərkəzinə çevirdi, onu dünyanın güc mərkəzlərindən biri etdi. O, 44 gündə 30 illik işğala son qoydu, Qarabağı azad etdi, Şuşanı geri qaytardı, Xankəndidə bayrağımızı ucaltdı”.
Planetinfo.az xəbər verir ki. Bunları siyasi şərhçi Azər Yadigaroğlu deyib. O qeyd edib ki, dövlət başçısı enerji sektorunda da mühüm layihələrə imza atdı, Azərbaycanı enerji xəritəsinin mərkəzi olaraq dünyaya təsdiqlədi:
“İlham Əliyev nefti sadəcə pul deyil, gücə çevirdi. Azərbaycanı enerji xəritəsinin mərkəzinə qoydu. O, iqtisadiyyatı 100 dəfəyə yaxın böyütdü. Kasıb postsovet ölkəsindən regionun ən güclü dövlətinə çevirdi. O, heç vaxt geri çəkilmədi.Həm masada, həm də döyüş meydanında qalib gəldiş İlham Əliyev olmasaydı, bu gün Azərbaycan bu Azərbaycan olmazdı”.
Anar