Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov Türkiyənin xarici işlər nazirinin müavini Musa Kulaklıkaya ilə görüşüb.
Planetinfo.az Azərbaycanın Türkiyədəki səfirliyinə istinadən bildirib ki, Türkiyənin xarici siyasət idarəsində baş tutan görüşdə Ankara ilə Bakı arasında mövcud olan əlaqələr müzakirə edilib.
Görüş zamanı həmçinin iki qardaş ölkə arasında münasibətlərin cari vəziyyəti, əməkdaşlığın daha da dərinləşdirilməsi ilə bağlı atılması zəruru olan addımlar, eləcə də digər maraq dairəsində olan məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Anar