Siyasət 9-12-2025, 14:50

İlham Əliyevin Slovakiyaya səfəri strateji əhəmiyyət daşıyır




“Prezident İlham Əliyevin Slovakiyaya səfəri Azərbaycan üçün həm ikitərəfli, həm də regional əməkdaşlıq baxımından strateji əhəmiyyət daşıyır”.

Bunu Planetinfo.az-a politoloq Yusif Bağırzadə deyib. O bildirib ki, Slovakiya Avropa İttifaqının üzvü olaraq Cənubi Qafqaz və Avropa arasında təbii körpü funksiyasını yerinə yetirir və belə bir səfər iki ölkə arasında iqtisadi, siyasi və diplomatik əlaqələrin dərinləşdirilməsi üçün mühüm fürsət yaradır:

“İqtisadi sahədə səfərin önəmi xüsusilə enerji və ticarət əməkdaşlığı ilə bağlıdır. Azərbaycan ilə Slovakiya arasında artıq mövcud olan enerji əlaqələri, xüsusilə neft və qaz tədarükü, Avropanın enerji təhlükəsizliyi üçün strateji əhəmiyyət kəsb edir. Cənab Prezidentin səfəri çərçivəsində qarşılıqlı investisiya imkanlarının genişləndirilməsi və sənaye layihələrinin təşviqinin müzakirəsi hər iki tərəf üçün iqtisadi faydanı təmin edir. Eyni zamanda, bu səfər Azərbaycanın Aİ ilə enerji əməkdaşlığını möhkəmləndirmək və tədarük təhlükəsizliyində etibarlı tərəfdaş kimi mövqeyini gücləndirmək baxımından əhəmiyyətlidir”.

Anar

Xəbər lenti