Rusiya Prezidenti Vladimir Putin sabah Aşqabadda Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanla görüşəcək.
Planetinfo.az APA-ya istinadla xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Putin 12 dekabrda Türkmənistanın paytaxtı Aşqabadda bir neçə tədbirdə iştirak edəcək.
"Sabah prezident Aşqabadda işləyəcək, o Türkmənistana səfərə hazırlaşır. Beynəlxalq Sülh və Etimad İlinə həsr olunmuş beynəlxalq forum keçiriləcək. Prezidentin bu forum çərçivəsində bir sıra ikitərəfli görüşləri, o cümlədən Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanla görüşü planlaşdırılır", - deyə Kremlin sözçüsü bildirib.
Qeyd edək ki, dekabrın 12-də Aşqabadda Türkmənistanın daimi bitərəfliyinin tanınmasının 30-cu ildönümü ilə bağlı tədbirlər keçiriləcək.