"Azərbaycan Prezidentin Slovakiyaya rəsmi səfəri, səfər çərçivəsində keçirilən yüksək səviyyəlı görüşlər və mətbuata verilən açıqlamalar tərəflər arasında ikitərəfli münasibətlərin gələcək inkişaf perspektivlərini deyil, həm də regionda sülh, sabitlik və inteqrasiya proseslərinə töhfə vermək niyyətini də əks etdirir".
Planetinfo.az xəbər verir ki, bunları Yeni Azərbaycan Partiyasının üzvü Nərmin Səmədova səsləndirib. O deyib ki, bu səfər Azərbaycan və Slovakiya arasında dostluq və strateji tərəfdaşlığın yüksək səviyyədə olduğunu bir daha təsdiq etdi:
"2024-cü ildə imzalanmış Strateji Tərəfdaşlıq Birgə Bəyannaməsi əsasında əlaqələrin daha da dərinləşdirilməsi təşviq olundu. Enerji, nəqliyyat, müdafiə və texnologiya sahələrində əməkdaşlıq imkanları genişləndirildi.Azərbaycanın Avropanın enerji təhlükəsi zliyi və regional inteqrasiya çərçivəsində strateji roluna diqqət çəkildi".
Hakim partiya təmsilçisi deyib k, bu səfər və mətbuat qarşısında səsləndirilən bəyanatlar Azərbaycan–Slovakiya münasibətlərini yalnız ikitərəfli əməkdaşlıq çərçivəsində deyil, həm də regional və qlobal kontekstdə strateji tərəfdaşlıq müstəvisinə qaldırdı.
Anar