Siyasət 12-12-2025, 00:54

Kuzey Kıbrısda yaşayan azərbaycanlılar “üçüncü ölkə vətəndaşı” hesab edilirlər



"Bütün səylərimizə baxmayaraq Şimali Kipr Türk Respublikasında yaşayan azərbaycanlılar hələ də “üçüncü ölkə vətəndaşı” kimi qiymətləndirilirlər".

Planetinfo.az xəbər verir ki, bunları Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu deyib. Cəmiyyət sədri bildirib ki, Azərbaycandan və ya başqa bir ölkədən gələn insanların, Türkmənistan, Banqladeş, Pakistandan və ya bir başqa ölkədən olmasından asılı olmayaraq minimum əmək haqqını az bir miqdarda alması
qəbul edilməzdir:

"Mən bunun qəti əleyhinəyəm. Bu mənim şəxsi fikrimdir. Hər şeydən əvvəl, bu insan haqları məsələsidir".

Anar

Xəbər lenti