Siyasət
16-12-2025, 14:50
Dövlət başçısı növbəti dəfə humanistlik göstərmiş oldu
“Beynəlxalq aləmdə amnistiya aktı mühüm imic və siyasi ölçüdür. İnsan hüquqları sahəsində irəliləyiş və beynəlxalq təşkilatlara, Qərb institutlarına müsbət mənada siqnaldır. Bu səbəbdən prezident İlham Əliyevin irəli sürdüyü amnistiya aktı təşəbbüsünü, onun növbəti uğuru kimi qiymətləndirmək olar”.
Bu fikirləri
Planetinfo.az-a siyasi ekspert Çingiz Şahbazi deyib. O qeyd edib ki, dövlət başçısı, bu addımı ilə növbəti dəfə humanistlik göstərmiş, daxili və xarici auditoriyaya yönəlik balanslı addım atmış oldu:
“İnsanlarda sosial ədalətə qarşı inamı artırdı. Bütün bunlar dövlətin və xalqın rifahının yüksəldilməsi üçün, sabitliyin davamlı olaraq inkişaf etdirilməsi istiqamətində mühüm tədbirlərdir”.
Anar