Siyasət 22-12-2025, 11:49

Vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi prezidentin siyasətinin əsas istiqamətlərindən biridir



"Vətəndaşlarımızın hüquq və azadlıqlarının müdafiəsi prezidentin siyasətinin əsas istiqamətlərindən biridir".

Planetinfo.az xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasnın üzvü Nərmin Abuşova deyib. Onun sözlərinə görə, məhz bunun nəticəsidir ki, bu il "Konstitusiya ve suverenlik ili" elan olunub:

"Bu ilin xalqımızın bir çox nümayəndələrinə sevinc bəxş edən ən mühüm hadisəsi isə "Konstutusiya və suverenlik ili "çərçivəsində Aministya aktının imzalanması olmuşdu. Bu akt 20000 məhbusa şamil ediləcək. Cənab Prezidentin bu təşəbbüsü də “Konstitusiya və Suverenlik İli”ndə xalqımıza ərməğandır".

Hakim partiya təmsilçisi deyib ki, yenilməz sərkərdə, güclü siyasətçi İlham Əliyevin rəhbərliyi altında xalqımız hər zaman daha böyük sevinclər yaşayacaq:

"İlham Əliyevin yorulmaz fəaliyyəti, əzmkar siyasəti və xalqına bağlılığı müstəqil Azərbaycanın zəfər dolu yolunu daha da işıqlı edəcəkdir. Bu yolda Prezident İlham Əliyev lider, xalq isə onun ən güclü dayağıdır".

Anar

Xəbər lenti