“12 Noyabr 1995-ci il, xalqımızın azadlıq iradəsinin, dövlət müstəqilliyinin və hüquqi dövlət quruculuğunun əsasının qoyulduğu gündür. Bu gün qəbul olunan Azərbaycan Respublikasının Konstitusiyası xalqın iradəsini, ədaləti və milli suverenliyi özündə əks etdirən ən ali hüquqi sənəddir”.
Bu fikirləri
Planetinfo.az-a “Aztəminatlı Ailələrə Sosial-Psixoloji Dəstək” ictimai birliyinin sədri Susana Məmmədova səsləndirib. O deyib ki, Azərbaycan Respublikasının Konstitusiyası ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq, 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul olundu:
“Bu sənəd dövlətimizin hüquqi dayağı, xalqımızın azad iradəsinin və milli birliyinin təcəssümü oldu”.
İctimai birlik sdəri deyib ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həmin prinsiplər üzərində daha qüdrətli, ədalətli və müasir Azərbaycan qurulub və öz inkişaf yoluna qədəm qoyub:
“Konstitusiya, yalnız qanunlar toplusu deyil, xalqın kimliyinin, azadlığının və Vətənə sədaqətinin rəmzidir”.