Siyasət 14-11-2025, 12:32

Cənubi Qafqaz və Xəzər hövzəsinin gələcəyi bu əlaqələrin inkişafından asılıdır




“Mərkəzi Asiya geosiyasi baxımdan artıq əməkdaşlıq baxımından Azərbaycanın ayrılmaz hissəsi olmaqla yanaşı, Mərkəzi Asiya ölkələri üçün də bu, eyni xarakter daşıyır. Cənubi Qafqaz və Xəzər hövzəsi regionu bir-birinin davamı olmaq istiqamətində mühüm addımlar atır. İki regionun gələcəyi bu əlaqələrin inkişafından və nəzərdə tutulan layihələrin həyata keçirilməsindən böyük ölçüdə asılıdır”.

Bu fikirləri Planetinfo.az-a ƏDH Partiyasının ictimai-siyasi məsələlər üzrə katibi Azər Qasımov səsləndirib. O bildirib ki, istər fərdi, istərsə də TDT və nəticədə Boyük Turan anlayışı çərçivəsində qardaş regionların inteqrasiyası üçün keçirilən tədbirlər mühüm əhəmiyyət kəsb edir:

“Azərbaycan Prezidenti İlham Əliyevin də qonaq kimi qatılacağı Mərkəzi Asiya dövlət başçılarının 7-ci Məşvərət Görüşü artıq elə bir mərhələyə qədəm qoyur ki, Azərbaycanın rolunun bu mərhələdən sonra artacağı mütləq olacaq. Özbəkistan başçısı Şövkət Mirziyoyev də Azərbaycan prezidentinə qarşı yaxın mövqedədir. Ölkələrimiz tez-tez mühüm tədbirlər keçirir və qarşılıqlı səfərlər baş tutur”.

Azər Qasımov hesab edir ki, Azərbaycan Prezidentinin tədbirə dəvəti də Özbəkistan rəhbərinin inisiatividir:

“Amma digər qardaş ölkələrin də tədbirdə əhəmiyyəti böyükdür. Tədbir təbii olaraq Türk dünyasının daha da bir-biri ilə inteqrasiya məsələlərinin inkişafında rol oynayacaq. Nəqliyyat dəhlizlərinin açılması üçün infrastruktur layihələrinin icrası ilə bağlı planlar qurulacaq. Geosiyasi konyukturun prinsiplərinə uyğun addımlar atılması müzakirə edilərək birlikdə addımların atılması məsələlərinə baxılacaq”.

Anar

Xəbər lenti