Siyasət 4-11-2025, 18:38

"Prezidentin çıxışından yalnız İrəvan deyil, Tehranda narahat olub”

"Prezidentin çıxışından yalnız İrəvan deyil, Tehranda narahat olub”
Ölkə Prezidenti cənab İlham Əliyevin AMEA-nın yubiley tədbirində çıxışı zamanı verdiyi mesajlar zaman və məkan baxımından uğurlu olması ilə yanaşı, o, cümlədən də, çıxışdakı məna və məntiq yükü olduqca tutarlı və konkret idi. Prezident bu formatdakı çıxışı ilə ölkəyə, regiona və dünyaya hansı mesajları vermək istədi? – sualı ilə Planetinfo.az politoloq Bakir Həsənbəyliyə müraciət etdi.

Politoloq bildirdi ki, cənab prezidentin “mən nəyi nə vaxt, necə edəcəyimi yaxşı bilirəm” tezisi bu dəfə də, yerində və zamanında verilən mesajlarla zəngin idi. əslində bu çıxış siyasi, iqtisadi və diplomatik müstəfivə əsl yol xəritəsidir: "Təsadüfi deyil ki, cənab prezidentin bu çıxışı Ermənistan hakimiyyəti və istimaiyyətində geniş rezonans doğurdu. Çıxşı tarixi faktlarla, rellıqlrla əhatə olunduğu üçün bu çıxışdan bir çox dövlətlər öz payını götürdü. Mən düşünmürəm ki, Prezidentin çıxışından narahat olan yalnız rəsmi İrəvandır. Bu çıxışda Azərbaycanın tarixi torpaqlarına sahiblənən hər bir dövlət, o, cümlədən də İran öz payını götürmüş oldu. Rəsmi Tehran susqunluğunu qorusa da, lakin İrəvan qədər onlar da, narahat oldular".

Xəbər lenti