Siyasət 17-11-2025, 08:54

Azərbaycanla əməkdaşlıq, Mərkəzi Asiya ölkələrinə iqtisadiyyatlarını şaxələndirmək imkanları yaradır



“Mərkəzi Asiya dövlətlərinin hər biri ilə, Azərbaycan arasında, yüksək səviyyədə formalaşmış siyasi əlaqələr, bundan sonra iqtisadi-ticari əməkdaşlığın daha da yüksəlməsinə səbəb olacaqdır. Azərbaycanın Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə iştirakı və ölkəmizin təşkilata tamhüquqlu üzv olması Bakı ilə yanaşı region ölkələri üçün də faydalıdır”.

Bu fikirləri Planetinfo.az-a Milli Məclisin deputatı Nəsib Məhəməliyev Daşkəndə keçirilən Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının 7-ci Məşvərət Görüşü və dövlət başçısı Cənab İlham Əliyevin həmin görüşdə iştirak etməsini şərh edərkən səsləndirib. Millət vəkili sözügedən görüşü və onun nəticələrini olduqca əhəmiyyətli hesab edib:

“İqtisadiyyatının mühüm hissəsi Rusiya və Çinə bağlı olan Mərkəzi Asiya dövlətləri üçün, Qərb bazarlarına çıxış əldə etməsi, olduqca vacib məsələdir. Azərbaycanla əməkdaşlıq, iqtisadiyyatlarını şaxələndirmək imkanları yaradır və son dərəcə əhəmiyyətlidir. Eyni zamanda Bakı ilə bu sahədə əməkdaşlığın daha da inkişaf etdirilməsi region ölkələrinin ənənəvi marşrutlardan asılılığı azaldır”.

Füzul

Xəbər lenti