“Ermənistan hakimiyyəti Azərbaycanla sülh sazişinin imzalanması istiqamətində, özünü daha çox sülh istəyən tərəf kimi göstərsə də, proseslərin gedişatına diqqət yetirsək, görərik ki, baş nazir Nikol Paşinyan ölkəsində qarşıdan gələn parlament seçkilərində qalib gəlmək üçün məhz Azərbaycanla yekun sülh sazişinin imzalanması tarixini əlindən gəldiyi qədər uzatmaq niyyətindədir. Paşinyan, məhz Vaşinqtonda imzalanan sülh razılaşmasından sonra, proseslərin gedişatına çevikliyi artırmaq əvəzinə, arxayınlıq və bir az da laqeydlik nümayiş etdirməyə başladı”.
Bu fikirləri
Planetinfo.az-a siyasi eekspert Çingiz Şahbazi səsləndirib. O deyib ki, Paşinyanın Azərbaycanla sülh sazişinin imzalanması və digər məsələlərlə bağlı tələsməməsinin arxasında ölkədə keçiriləcək parlament seçkiləri dayanır və o bilərəkdən prosesləri ləngidir:
“Məqsəd odur ki, həm daxildə, həm də xaricdə olan qüvvələr onun seçkilərdə qalib gəlməsini təmin etsinlər. Siyasi baxımdan Paşinyanın əsas məqsədi aydındır və həmçinin o seçki öncəsi Azərbaycanla bağlı bütün proseslərdə ehtiyyatlı davranır ki, müxalifətin əlinə, özünün isə əleyhinə olan ciddi fakt verməsin”.
Anar