"Biz sahibkarı regionlarda işləməyi həvəsləndirməliyik".
Planetinfo.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib. Millət vəkili bildirib ki, bunun üçün sahibkarlara müəyyən güzəştlər edilməli, vergi güzəştləri tətbiq edilməli, stimullaşdırıcı addımlar atılmalıdır:
"Eyni zamanda hesab edirəm ki, Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramları ilə yanaşı bölgələr üçün xüsusi proqramlar da qəbul edilməlidir".
Deputat qeyd edib ki, 2026-cı il dövlət büdcəsi əvvəlki dövlət büdcələri kimi sosial yönümlüdür və büdcə layihəsinin lehinə səs verəcək.
Anar