“Ağdam tarix boyunca Qarabağın mədəni, iqtisadi və strateji mərkəzlərindən biri kimi tanınıb. Xanlıq dövründən etibarən ticarət yollarının kəsişmə nöqtəsində yerləşən bu diyar yalnız məhsuldar torpaqları ilə deyil, həm də el sənətləri, musiqisi və maarifçilik ənənələri ilə seçilib. XX əsrdə sürətlə inkişaf edən Ağdam həm kənd təsərrüfatı, həm də sənaye sahəsində bölgənin aparıcı şəhərlərindən birinə çevrilmişdi.
1993-cü ildə şəhərin işğalı zamanı Ağdam dünya xəritəsində “ruhlar şəhəri” adlandırılacaq dərəcədə dağıdıldı. Evlər, mədəniyyət ocaqları, tarixi məkanlar yerlə-yeksan edildi. Lakin bütün bu xarabalıqlar arasında Ağdamın yenidən dirçəlişi üçün güclü bir iradə heç vaxt sönmədi”.
Bu fikirləri
Planetinfo.az-a “Aztəminatlı Ailələrə Sosial-Psixoloji Dəstək” İctimai Birliyinin sədri Susana Məmmədova Ağdamın işğaldan azad edilməsinin 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşərkən səsləndirib. İctimai birlik sədri bu gün Ağdam Azərbaycanın ən genişmiqyaslı bərpa və yenidənqurma prosesinin simvoluna çevrilib:
“Zəfərdən sonra başlanan quruculuq işləri şəhəri təkcə yenidən inşa etmir, onu müasir urbanistikanın nümunəsi kimi gələcəyə daşıyır. Ağdam artıq ağrının deyil, dirçəlişin, böyük qayıdışın və tarixi ədalətin bərpasının adıdır”.
Anar