Siyasət Bugün, 15:50

Zərif İrana çağırış etdi - Qələbə elan edin və ABŞ ilə sülh bağlayın


İranın sabiq xarici işlər naziri Məhəmməd Cavad Zərif ölkəsini qələbə elan etməyə və həm münaqişəyə son qoyacaq, həm də növbəti münaqişənin qarşısını alacaq bir razılığa gəlməyə çağırıb.

Planetinfo.az xəbər verir ki, sabiq nazir bunu Amerikanın "Foreign Affairs" nəşrində dərc olunmuş məqaləsində yazıb.

İllərdir İranın ABŞ və digər ölkələrlə nüvə danışıqlarında əsas fiqur olan Zərif ABŞ və İsraillə müharibəyə Tehranın xeyrinə şərtlərlə son qoymaq üçün bir növ plan təqdim edib.

Onun təkliflərinin əsas elementləri bunlardır:

İran sanksiyaların tam aradan qaldırılması müqabilində nüvə proqramını məhdudlaşdırmağı və Hörmüz boğazını yenidən açmağı təklif etməlidir - Vaşinqton əvvəllər rədd etmişdi, lakin indi nəzərdən keçirə bilər.

İran həmçinin ABŞ ilə qarşılıqlı hücum etməmək paktını qəbul etməyə hazır olmalıdır və bu paktda hər iki ölkənin gələcəkdə bir-birinə hücum etməmək barədə razılığa gələcəyi bildirilir.

Bundan əlavə, o, həm Amerika, həm də İran xalqı üçün faydalı olacaq ABŞ-a iqtisadi əməkdaşlıq təklif edə bilər.

Bütün bu tədbirlər İran hakimiyyətinə ölkəni xarici təhdidlərdən qorumağa daha az, ölkə daxilində vətəndaşların həyatının yaxşılaşdırılmasına daha çox diqqət yetirməyə imkan verəcək. Başqa sözlə, Tehran İran xalqının layiq olduğu yeni, parlaq gələcəyi təmin edə bilər.

Xəbər lenti