Gündəm / Siyasət 12-06-2026, 19:11

Polis çaya düşən azyaşlını xilas etdi - Babası boğuldu




Qusar rayonu ərazisində çaya düşərək köməksiz vəziyyətdə qalan azyaşlı polis əməkdaşının çevik və operativ müdaxiləsi nəticəsində xilas edilib.

Ərazidə olan Qusar RPŞ-nin əməkdaşı uşağı sudan çıxarıb və onun həyatını təhlükədən qurtarıb.

Hadisə zamanı azyaşlını xilas etmək üçün özünü suya atan babası - 65 yaşlı Şamil Muradov isə güclü axının təsiri ilə boğularaq vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti