Sosial Bugün, 16:00

Valideyn himayəsindən məhrum olan uşaqların sayı AÇIQLANDI



2026-cı ilin ilk beş ayında ən son zərurət prinsipi əsasında 103 valideyn himayəsindən məhrum olmuş uşaq sosial xidmət müəssisələrinə yerləşdirilib.

Planetinfo.az xəbər verir ki, bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Sosial Xidmətlər Agentliyindən məlumat verilib.

Bildirilib ki, onlardan 56-sı qız, 47-si oğlandır.


“Hazırda müvafiq altsistemdə qeydiyyatda olan və dövlət tərəfindən yaradılan sosial xidmət müəssisələri və sığınacaqlarda ümumilikdə 1257 valideyn himayəsindən məhrum olmuş uşağa qayğı göstərilir”, - deyə rəsmi məlumatda vurğulanıb.


Qeyd edək ki, 2019-cu ildən bu günədək 889 uşaq övladlığa, 2023-cü ildən bu günədək isə 78 uşaq himayədar ailələrə verilib.

Xəbər lenti