Siyasət / Hadisə 26-11-2025, 16:14

SSRİ nostalgiyası yaşayanlar üçün ünvan bəllidir




Bakının mərkəzində SSRİ bayrağının qaldırılması cəmiyyətimizdə haqlı narazılıq doğurdu.

Planetonfo.az-ın xəbərinə görə, məsələ ilə bağlı fikirlərini bölüşən hüquqşünas Əli İbrahimov deyib ki, bu, müstəqilliyimizə, dövlətimizin suverenliyinə və xalqımızın qanı-canı bahasına qazandığı azadlığa qarşı hörmətsizlikdən başqa bir şey deyil:

"Daxili İşlər Nazirliyinin operativ şəkildə həmin şəxsləri müəyyən edib saxlaması dövlətçiliyin qətiyyətlə qorunduğunun bariz nümunəsidir. Bu ölkədə bir bayraq var, o da Azərbaycan Bayrağı! Onun yanında ikinci bir rəmzə, başqa ideologiyaya, köhnə imperiya həsrətinə yer yoxdur. SSRİ nostalgiyası yaşayanlar üçün ünvan bəllidir, gedib istədikləri ölkədə o bayrağı qaldıra bilərlər. Azərbaycan isə azad və müstəqil dövlət kimi yalnız öz bayrağı ilə yaşayır və yüksəlir".

Əli İbrahimov, "Dövlətçiliyin keşiyində duran Daxili İşlər Nazirliyinə təşəkkür edirik. Qətiyyətli mövqeyiniz hər bir vətənpərvər vətəndaş tərəfindən yüksək qiymətləndirilir",-deyə bildirib.

Anar

Xəbər lenti