İlk olaraq qeyd edirəm ki, Ramiz Mehdiyevin siyasi partiyaları, qeyri-hökümət təşkilatlarını, nüfuzlu dövlət adamlarını, deputatları, elm və mədəniyyət adamlarını şantaj üsuli ilə ələ alaraq onları "öz maraqları" çərçivəsində qullanmasına qətiyyən şühbəm yoxdur.
Bunu Planetinfo.az-a Vəhdət Partiyası sədrinin müavini, politoloq Vasif Əfəndi deyib.
O, qeyd edib ki, “Ramizgeyt” hadisəsi ətrafında yaranmış informasiya qarışıqlığı hələlik tam aradan qalxmayıb. İctimai rəy müxtəlif versiyalar arasında parçalanmış vəziyyətdədir və hadisələrin real mənzərəsi yalnız məhkəmə prosesinin başlanması, xüsusilə də Ramizin özünün verəcəyi ifadənin açıqlanmasından sonra tam şəkildə formalaşacaq. Çünki hazırda mediada, sosial şəbəkələrdə və siyasi dairələrdə dolaşan məlumatların əksəriyyəti təsdiqlənməmiş iddialar, ehtimallar və bəzən məqsədli şəkildə yönləndirilmiş mənbələrə əsaslanır:
"Bu mərhələdə tərəflərin əleyhinə və ya lehinə qəti hökm vermək mümkün deyil. Hadisənin arxa fonu, motivlər, əlaqələr zənciri və qərarların necə qəbul edildiyi yalnız hüquqi prosedurlar işə düşdükdən sonra məlum olacaq. Ramizin ifadəsi isə prosesin ən kritik elementi olacaq, çünki bu ifadə ya indiyədək deyilənləri təsdiqləyəcək, ya da tamamilə fərqli bir tablo ortaya çıxaracaq.
Ona görə də hələlik baş verənləri qəti fakt kimi deyil, yalnız ehtimal kimi qiymətləndirmək mümkündür. İstintaq materialları, məhkəmə dinləmələri və şahid ifadələri açıqlanan kimi hadisənin siyasi, hüquqi və sosial çəkisi də dəqiqləşəcək. Bunun ardınca Ramizgeyt-in ölkə siyasətinə, güc balansına və ictimai rəyə təsirinin hansı ölçüdə olacağı da daha aydın görünəcək”.
Nəsimi