"Kimliyindən asılı olmayaraq çalışmaq lazımdır ki, milli dəyərlərimizi, qeyrətimizi, namusumuzu ucuz jestlərlə kölgəyə salmayaq. Düşmənə qucaq açdığımız yerdən bıçaqlandığımız çox da uzaq tarix deyil".
Planetinfo.az xəbər verir ki, bunları Gənclərin Töhfəsi İctimai Birliyinin sədri Asim Vəliyev deyib. O bildirib ki, ehtiyatsız addımın bədəli ağır olur:
"Siyasətçisindən tutmuş müğənnisinə qədər xalqın yaddaşı və ağrısı hər qərarda nəzərə alınmalıdır. Müğənni şəhid və qazi ailələrindən üzr istəməkdənsə, özünə bəraət də qazandırır".
Qeyd edək ki, beynəlxalq musiqi yarışmasında Azərbaycan təmsilçisi ifaçının erməni həmkarını qucaqlaması və ona 12 xal verməsi Azərbaycan cəmiyyətində ciddi etiraza səbəb olub.
Anar