Fairford Movements portalının məlumatına görə, ABŞ Hərbi Hava Qüvvələri İngiltərənin Fairford şəhərində yerləşən ön xətt hava bazasında yerləşdirilən B-1B Lancer və B-52H Stratofortress strateji bombardmançı təyyarələrinin sayını 27-yə çatdırıb.
Planetinfo.az portala istinadən xəbər verir ki, , əvvəlcə 23 təyyarədən ibarət olan qrup son günlərdə daha 4 bombardmançı ilə gücləndirilib. Bildirilir ki, əlavə təyyarələr ABŞ-ın İran hədəflərinə endirdiyi zərbələrə cavab olaraq bazaya yerləşdirilib.
Qeyd olunur ki, ABŞ-ın Yaxın Şərqdəki Mərkəzi Komandanlığı (CENTCOM) son iki gecə ərzində keçirilən əməliyyatlarda bu təyyarələrin istifadəsi barədə rəsmi məlumat açıqlamayıb. Bununla belə, həmin dövrdə Fairford bazasından uçuşların qeydə alındığı bildirilir.
Məlumata görə, ABŞ-İsrail birgə hərbi əməliyyatları çərçivəsində B-1B və B-52H təyyarələrindən İran ərazisində müəyyən hədəflərə zərbələr endirilməsi üçün istifadə olunub. Atəşkəs razılaşmasından sonra isə təyyarələrin döyüş hazırlığını saxlamaq məqsədilə təlim uçuşları həyata keçirdiyi qeyd edilir.
Hazırda Fairford bazasında 18 ədəd B-1B Lancer və 9 ədəd B-52H Stratofortress yerləşdirildiyi bildirilir. Bu təyyarələrin yüksək dəqiqlikli JDAM bombaları və JASSM qanadlı raketləri daşımaq imkanına malik olduğu vurğulanır.