Gündəm / Siyasət / Dünya Dün, 23:59

İran 15 min kilometr mənzilli ballistik raket hazırlayır



İran raket texnologiyaları ilə bağlı yeni planını açıqlayıb.

İranın ali rəhbərinin nümayəndəsi Əbdül-Nəbi Musəvi ölkənin raketlərinin uçuş məsafəsinin 15 min kilometrədək artırılması üzərində çalışdığını bildirib.

Onun sözlərinə görə, bu məsafəyə malik raketin hazırlanması İranın ABŞ-ın kontinental ərazisinə qədər zərbə endirməsinə imkan yarada bilər.

Musəvi Fard çıxışında İsrailə qarşı "qisas" çağırışı da edib və İsrailin Baş naziri Benyamin Netanyahunun öldürülməsini istəyib. O, İranın raketlərinin artıq Qüdsə çatmaq imkanında olduğunu iddia edib.

Məlumata görə, İran hazırda Yaxın Şərqdə ən geniş və müxtəlif raket arsenalına malik ölkələrdən biri hesab olunur. Tehran eyni zamanda yeraltı raket obyektləri şəbəkəsini genişləndirir, pilotsuz uçuş aparatları və hipersəs sistemlərinin inkişafı istiqamətində iş aparır.

Xəbər lenti