Gündəm / İdman Dün, 23:39

Məhəmməd Salah əslən türk imiş



"Trabzonspor"un heyətinə qatdığı dünya şöhrətli futbolçu Məhəmməd Salahın kökləri ilə bağlı maraqlı iddia ortaya atılıb.

Salahın əcdadlarının Trabzonun Dərnəkpazarı bölgəsindən olduğu iddia edilib.

Məsələni araşdıran Amasya Universitetinin müəllimi Əli Qalib Yücəl Məhəmməd Salahın nəslinin təxminən 6 nəsil əvvəl Osmanlı dövründə yaşamış və "Ekşioğlu" ləqəbi ilə tanınan Əli Paşaya gedib çıxdığını irəli sürüb.

Yücəl qeyd edib ki, Ekşioğulları ailəsinin müxtəlif qolları zamanla Trabzonla yanaşı Rize, Ordu və hətta Misirə qədər yayılıb. Bölgə ilə Ekşioğlu ailəsi arasındakı tarixi əlaqələrə dair bəzi akademik mənbələrdə də məlumatların olduğu bildirilir.

Xəbər lenti