Gündəm / Dünya Dün, 23:00

“Tesla” 20 mindən çox avtomobilini geri çağırır



ABŞ-nin "Tesla" şirkəti avtomobillərində aşkarlanan işıqlandırma problemi səbəbindən 20 349 nəqliyyat vasitəsini geri çağırmaq qərarına gəlib.

Geri çağırılacaq avtomobillər arasında bəzi "Tesla Model 3" və "Model Y" elektromobilləri də var.

Problemin avtomobillərin yaxın işıqlarının normadan artıq parlaq olması ilə bağlı olduğu bildirilir. Bu hal qarşıdan gələn nəqliyyat vasitələrinin sürücülərinin görmə qabiliyyətinə mənfi təsir göstərə və nəticədə qəza riskini artıra bilər.

Tənzimləyici qurumun məlumatına əsasən, nasazlığın aradan qaldırılması üçün hazırda yekun həll yolu müəyyənləşdirilməyib.

"Tesla"nın geri çağırma prosesi çərçivəsində problemin səbəblərinin araşdırılması və təhlükəsizlik riskinin aradan qaldırılması istiqamətində tədbirlər görəcəyi gözlənilir.

Xəbər lenti