Dünya 25-11-2025, 17:21

Rusiya Xəzər dənizinin açıq hissəsi üçün vahid balıq ovu qaydalarının layihəsini hazırlayacaq



Rusiya Xəzər dənizinin açıq hissəsi üçün, Xəzəryanı ölkələrin yurisdiksiyasından kənarda ümumi balıq ovu qaydaları layihəsi hazırlayacaq.

Planetinfo.az TASS-a istinadən bildirir ki, bunu Rusiyanın Balıqçılıq üzrə Federal Agentliyinin rəhbərinin müavini Vasili Sokolov deyib.

Bildirib ki, noyabrın 24-dən 26-dək Aşqabadda Xəzər dənizində su bioresurslarının mühafizəsi, səmərəli istifadəsi və onların səhmlərinin idarə edilməsi üzrə Komissiyanın IX iclası keçirilir.

"Düşünürəm ki, bütün tərəflər açıq dənizlər üçün, yəni tərəflərin yurisdiksiyasından kənarda birgə balıq ovu qaydaları hazırlamaq barədə razılığa gəliblər. Hazırda belə qaydalar mövcud deyil, lakin Rusiya tərəfi bunu hazırlamaq üçün könüllü olub",-deyə Sokolov vurğulayıb.

Sokolov bildirib ki, bu qaydalar işlənib hazırlandıqdan sonra bütün iştirakçılara göndəriləcək.

Anar

Xəbər lenti