Hərbi eskalasiyanın başladığı 2 mart tarixindən bəri İsrailin hücumları nəticəsində həlak olan Livan vətəndaşlarının ümumi sayı 2 988 nəfərə çatıb.
Bu barədə ölkənin Səhiyyə Nazirliyi "X" sosial şəbəkəsində məlumat yayıb.
Nazirlikdən bildirilib ki, 2 martdan etibarən baş verən hərbi gərginlik zamanı öldürülən mülki şəxslərin ümumi sayı 2 988-ə, yaralananların sayı isə 9 210-a yüksəlib.
Qurumun məlumatına görə, son sutka ərzində İsrail Hərbi Hava Qüvvələrinin ölkənin cənub və cənub-şərq rayonlarına endirdiyi zərbələr nəticəsində 37 nəfər həlak olub, daha 222 nəfər isə xəsarət alıb.