Gündəm Bugün, 15:40

Cərimələr minimum əməkhaqqına görə müəyyən olunacaq? – Deputatdan AÇIQLAMA


“Dünyanın əksər ölkələrində cərimə məbləğləri minimum əməkhaqqı və əhalinin gəlirlik səviyyəsi ilə bağlıdır.Xüsusilə, Avropa İttifaqı dövlətlərinin qanunvericiliyinə baxmaqla asanlıqla müəyyən etmək olar. Çünki inkişaf etmiş ölkələrdə tətbiq edilmiş cərimə məbləğinin hansısa zəif inkişaf etmiş və inkişaf etməkdə olan ölkədə tətbiq edilməsi praktik olaraq mümkün deyil”.

Planetinfo.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycanda da cərimələrin məbləğinin minimum əməkhaqqına bağlılığı uzun müddət tətbiq olunub:

"Hazırda Vergi məcəlləsinə görə, bir sıra ödənişlər minimum əməkhaqqı məbləği ilə birbaşa bağlıdır. Bu praktika bir çox ölkələrin təcrübəsinə uyğundur".

Bundan başqa, deputat ziyanın məhdudlaşdırılmasını təklif edib:

"Bu praktikada bir sıra ölkələrdə tətbiq olunur. Çünki ziyanın məhdudlaşdırılması xüsusən dövlət vəsaitlərinin istifadədə təyinatda yayınma hallarını xeyli dərəcədə minimallaşdırır".

Xəbər lenti