Gündəm Bugün, 21:30

Halukla bağlı 2 qadından qalmaqallı açıqlama



"Ahbap" Dərnəyi ilə bağlı istintaq çərçivəsində həbs olunan müğənni Haluk Leventin, eyni istintaq zamanı saxlanılan 4 uşaq anası Nurdan Eriş ilə 2018-ci ildə İsveçrədə evləndiyi, Erişə şirkətlərini satdıraraq pulunu mənimsədiyi, sərbəst buraxılan Sevda Kurtu isə evlilik vədi ilə aldadaraq bütün pullarını əlindən aldığı iddia edilir. Kurt Leventin evli olduğunu üç gün əvvəl saxlanıldığı müvəqqəti saxlama yerində öyrəndiyini bildirib.

Istintaq çərçivəsində həbs olunan Nurdan Eriş ifadəsində Haluk Leventlə 2016-cı ildə İsveçrədə tanış olduqlarını bildirərək deyib:

"Orada biznesim var idi. Haluk Leventlə İsveçrədə nikaha daxil olmuşuq. Övladlarım atasız böyüdüyü üçün ona bağlandılar. Məni aldatdı. 2018-ci ildə şirkətimi satdırdı. Ondan əvvəl də Amerikadakı şirkətimdən ona pul göndərmişdim. Məni istifadə etdi. Çox vaxt mənə 'borcum var, ödəməliyəm, sələmçilər və mafiya dalımca düşüb' deyirdi".

Xaricdə yaşadığı üçün onu sadəlövh hesab etdiklərini bildirən Eriş "O pulları birbaşa ona göndərmədim. Əvvəlcə Emrah bəy və Zəfər Yaya göndərdim. Keçən həftə məndən sonuncu dəfə 15 min lirə istədi. Mən də artıq heçnəyim qalmayıb dedim. İndi özümü çox axmaq hiss edirəm" deyə qeyd edib. Boşanma qərarı aldığını bildirən Eriş "İnanmaq istəyirdim, çünki bütün Türkiyə ona güvənirdi." deyə bildirib.

İstintaq çərçivəsində saxlanılan və sonra sərbəst buraxılan Sevda Kurtun ifadələri isə vəziyyətin nə qədər ciddi olduğunu ortaya qoyub. 20 il Amerikada yaşadığını və təxminən 4,5 milyon gəliri olduğunu deyən Kurt Haluk Leventlə "Ahbap" Dərnəyi vasitəsilə tanış olduğunu bildirib:

"Mənim varlı olduğumu biləndə hər gün zəng etməyə başlayıb. Mənə 'evlənəcəyik, uşağımız olacaq' deyib. Evli olduğunu bilmirdim. Evli olduğunu 2-3 gün əvvəl saxlanıldığım yerdə öyrəndim. Mən ona inandım. 'Borcları ödəyək, evlənəcəyik' dedi. Mən də Amerikadakı pullarımı bura gətirdim. Onun istəyi ilə tanımadığım şəxslərə köçürdüm. Pulları dollarla ona verirdim. Pul verəndən sonra isə yoxa çıxırdı. Mənim evlilik xəyallarım oğurlandı. Pis vəziyyətdəyəm".

Xəbər lenti