Gündəm / İdman Bugün, 20:40

FIFA Argentinanı cəzalandırmayacaq



FIFA 2026-cı il dünya çempionatının sonuna qədər Argentina millisini siyasi baner nümayiş etdirdiyinə görə cəzalandırmayacaq.

Qurum DÇ-2026-nın yarımfinal oyunundan sonra Argentina yığmasının futbolçularının nümayiş etdirdiyi siyasi şüarla bağlı rəsmi araşdırma aparacaq.

Xatırladaq ki, İngiltərəyə qarşı keçirilən gərgin yarımfinal qarşılaşmasının final fitindən sonra argentinalı oyunçular meydanda üzərində ispanca "Las Malvinas son Argentinas" (Malvin adaları Argentinadır) yazılmış böyük baner açıblar.

Qeyd edək ki, sözügedən qarşılaşma ərəfəsində Argentina vitse-prezidenti Viktoriya Vilyarruel də sosial şəbəkə hesabında paylaşım edərək bu oyunu "işğalçıları dayandırmaq üçün bir şans" adlandırmışdı. Qarşılaşmadan sonra isə britaniyalı jurnalistlərdən biri Argentina millisinin futbolçularını sərt şəkildə "axmaqlar" adlandıraraq tənqid etmişdi.

Xəbər lenti