Gündəm Bugün, 20:20

Daşkənd metrosunda dam çökdü: yaralılar var



Daşkənd metrosunun Yerüstü Həlqə xəttinin "Turon" stansiyasında dam örtüyünün bir hissəsi uçub.

Bu barədə Daşkənd metropoliteninin mətbuat xidmətinin "Telegram" kanalında məlumat verilib.

Aşkar edilmiş zədələnmə səbəbindən stansiyadan qatar hərəkəti müvəqqəti olaraq dayandırılıb. Hazırda mütəxəssislər texniki baxış keçirir və müəyyən edilmiş çatışmazlıqları aradan qaldırırlar.

Hadisə nəticəsində iki sərnişin yüngül xəsarət alıb, onlara yerində ilk tibbi yardım göstərilib. Sərnişinlərin rahatlığı üçün "Kipçak" və "Kuruvçular" stansiyaları arasında pulsuz metrobusların hərəkəti təşkil edilib.

İlkin məlumata görə, stansiyada tavanın dekorativ hissəsi zədələnib. Hadisənin səbəblərini araşdırmaq üçün xüsusi komissiya yaradılıb.

Xəbər lenti