Gündəm Bugün, 19:30

Tatlısəs ailəsinə miras qoymadı - Hər şeyi dövlətə bağışladı



Türkiyəli müğənni İbrahim Tatlısəs mirası ilə bağlı açıqlama yayıb.

Planetinfo.az xəbər verir ki, öd kisəsi əməliyyatından sonra xəstəxanadan buraxılan Tatlısəs jurnalistlərə açıqlamasında mirasını dövlətə bağışladığını bildirib.

“Heç kimə bir qəpik də yoxdur. Dövlətə vəsiyyət etdim. Bəzilərinə görə digərləri zərər gördü. Pulu atam qoyub getməyib, mən qazanmışam. Kimə nə verəcəyimi mən qərar verərəm. Onlara çox yaxşı miras qoymuşam, fərqində deyillər”, - deyə müğənni qeyd edib.

Əməliyyatdan sonra bir müddət reanimasiyada müalicə alan Tatlısəs səhhəti yaxşılaşdığı üçün evə buraxılıb.

Xəbər lenti