Qazaxıstanın Manqistau vilayətinin Kurık kəndi yaxınlığında Xəzər dənizinə naməlum obyekt düşüb.
Planetinfo.az xəbər verir ki, yerli media hadisənin bölgə sakinləri arasında çaxnaşmaya səbəb olduğunu bildirib.
Şahidlərin sözlərinə görə, obyekt kənddən bir qədər aralıda suya düşüb, amma sahildən görünüb.
Aktau Qarnizonu hadisə ilə bağlı rəsmi açıqlama yayıb. Məlumata görə, ərazidə dəniz təlimləri keçirilir.
"Aprelin 21-də Kurık yaşayış məntəqəsinin cənubunda yerləşən dəniz poliqonunun sularında Hərbi Dəniz Qüvvələrinin gəmilərinin iştirakı ilə planlaşdırılmış tapşırıqlar çərçivəsində şərti hədəflərə praktiki atəş açılıb. Təhlükəsizlik tələblərinə uyğun olaraq, təlimlər başlamazdan əvvəl və sonra xəbərdarlıq raketlərindən istifadə edilib. Qeydə alınan hadisələr planlaşdırılmış hərbi təlim fəaliyyətləri ilə əlaqədardır və əhali üçün təhlükə yaratmır. Vətəndaşları sakit olmağa və yalnız rəsmi məlumat mənbələrinə etibar etməyə çağırırıq", - məlumatda bildirilir.//teleqraf