Gündəm 24-04-2026, 09:00

Bu ərazilərdə 4 saat işıq olmayacaq



Aprelin 24-də Suraxanı Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində 35/6 kV-luq 360 saylı yarımstansiyadan Transformator Məntəqəsinədək iməclik işləri aparılacaq.

Planetinfo.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC-dən məlumat verilib.

Məlumata görə, bununla əlaqədar olaraq saat 10:00-dan 14:00-dək Hövsan qəsəbəsi Bağlar yaşayış massivinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Məlumata görə, təmir işləri yekunlaşdıqdan sonra yaşayış ərazisi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Xəbər lenti