Masallıda arvadını öldürməkdə təqsirləndirilən Nicat Şəbiyevin barəsindəki qərardan kassasiya şikayəti verilib.
Planetinfo.az xəbər verir ki, şikayət Ali Məhkəmənin hakimi Şahin Yusifovun sədrliyi ilə araşdırılacaq.
Qeyd: Qətl hadisəsi 2019-cu ilin aprel ayında Masallı rayonu ərazisində baş verib. Rayon sakini, 1974-cü il təvəllüdlü Nicat Şəbiyev həyat yoldaşı, 1984-cü il təvəllüdlü Günay Şəbiyevanı ailə-məişət münaqişəsi zəminində bıçaqlayaraq qətlə yetirib.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 12 il azadlıqdan məhrum edilib. Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə Nicat Şəbiyevin apellyasiya şikayəti təmin edilməyib. (Pravda.az)