Gündəm / İqtisadiyyat
Dün, 23:22
Azərbaycanda sığorta bazarı 5%-ə yaxın böyüyüb
Bu ilin yanvar-mart aylarında Azərbaycanda sığorta şirkətinin yığımlarının həcmi 417 milyon 753 min manat olub.
Planetinfo.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 4,7% çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 218 milyon 456 min manat təşkil edib. Bu göstərici isə illik müqayisədə 33,1% çoxdur./Apa