Gündəm / Dünya Bugün, 19:00

NATO-dan müharibə çağırışı: Hər kəs hazır olsun



NATO-nun baş katibi Mark Rütte üzv ölkələrin mümkün müharibəyə hazırlığının yalnız hərbi strukturlarla məhdudlaşmamalı olduğunu bildirib. O, mülki əhalinin, biznes sektorunun və dövlət qurumlarının da böhran vəziyyətlərinə hazır olmasının vacibliyini vurğulayıb.

Rütte bu barədə Berlində NATO Parlament Assambleyasının sessiyasında çıxışı zamanı danışıb.

Baş katibin sözlərinə görə, mümkün münaqişə zamanı elektrik enerjisi, istilik, səhiyyə, nəqliyyat və rabitə sistemlərinin fasiləsiz fəaliyyəti təmin edilməlidir. O, Norveç, İsveç və Danimarkanın mülki xidmətlərlə hərbi strukturlar arasında əməkdaşlıq modelini nümunə göstərib.

Rütte həmçinin Haaqa sammitində qəbul edilən müdafiə xərclərinin ÜDM-in 5 faizinə çatdırılması qərarının sürətlə icrasına çağırıb. Bu vəsaitin 3,5 faizinin birbaşa hərbi ehtiyaclara, 1,5 faizinin isə kritik infrastrukturun gücləndirilməsinə yönəldilməsi nəzərdə tutulur.

Xəbər lenti