Gündəm Dün, 20:00

Nərgiz Məhəmmədi həbsxanadan xəstəxanaya yerləşdirildi



İranlı Nobel Sülh Mükafatı laureatı Nərgiz Məhəmmədi həbsxanada səhhətinin kəskin pisləşməsindən sonra xəstəxanaya yerləşdirilib.

Bu barədə Agence France-Presse (AFP) hüquq müdafiəçisinin tərəfdarlarına istinadla məlumat yayıb.

Agentliyin vurğuladığına görə, o, vəziyyətinin sürətlə pisləşməsi, o cümlədən iki dəfə huşunu tam itirməsi və ağır ürək tutmasından sonra təcili olaraq Zəncan şəhərindəki xəstəxanaya köçürülüb.

Hüquq müdafiəçisinin ailəsinin bildirdiyinə görə, xəstəxanaya yerləşdirmə qərarı son anda verilib və bu, artıq çox gec ola bilər. Məhəmmədinin ailəsi həmçinin qeyd edib ki, İran hakimiyyəti onun vəziyyəti həyati təhlükə həddinə çatana qədər tibbi tövsiyələrə məhəl qoymayıb.

2023-cü ildə N.Məhəmmədi İranda qadınların hüquqları uğrunda apardığı mübarizəyə, habelə hamı üçün insan hüquq və azadlıqlarının təşviqinə görə Nobel Sülh Mükafatına layiq görülüb.

O, 2021-ci ilin noyabrından bəri İranda dövlətə qarşı sui-qəsd və hökumət əleyhinə təbliğat ittihamı ilə həbs cəzası çəkirdi.

Xəbər lenti