Gündəm Bugün, 12:40

Qatar yoluna yıxılan sərnişin metroya kompensasiya ödəyəcək

 


Rusiyada maraqlı hadisə baş verib.

Məhkəmə Moskva metrosunun stansiyalarından birində relslərin üzərinə yıxılmış sərnişinə cəza kəsib. O, qatarların hərəkətinin pozulmasına görə kompensasiya ödəməlidir. Nəşr məhkəmə sənədlərinə istinad edib.

Müəyyən edilib ki, sərnişin sərxoş vəziyyətdə olub və özünün ehtiyatsızlığı üzündən Turgenevskaya metro stansiyasının əsas relsinin üzərinə yıxılıb. Nəticədə, bu hissədə hərəkət edən qatar sərnişinlərə xidməti 21 dəqiqəlik dayandırılıb. Qeyd edilib ki, üç qatarın hərəkətinin ləğvi metro üçün itkilərə səbəb olub. İddianın məbləği açıqlanmayıb.

Xəbər lenti