Paytaxtın daha iki yol sahəsində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq olunur.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, Səbail rayonu - Bünyad Sərdarov küçəsi və Nəsimi rayonu - Füzuli küçəsində (Azadlıq prospektindən Rəşid Behbudov küçəsinədək) nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq.