"Apple" 2026-cı ilin ikinci rübündə rekord maliyyə göstəriciləri əldə edib.
Planetinfo.az xəbər verir ki, şirkətin yalnız iPhone satışlarından qazancı 56,99 milyard dollara çataraq tarixi nəticə kimi qiymətləndirilib.
Şirkətin maliyyə direktoru Kevan Parekh bildirib ki, iPhone 17 ailəsi Apple tarixində ən populyar seriyaya çevrilib. Bu uğura iPhone 17 Pro, iPhone 17 Pro Max və iPhone 17e modellərinə yüksək tələbat səbəb olub.
Baş direktor Tim Cook isə iPhone-a olan marağı "fövqəladə" adlandırıb. Bununla yanaşı, o, istehsalda bəzi çətinliklərin də mövcud olduğunu qeyd edib. Xüsusilə TSMC tərəfindən istehsal olunan A19 və A19 Pro çiplərinə məhdud çıxış, həmçinin yaddaş təchizatındakı problemlər şirkətin bütün tələbatı qarşılamasına mane olur.
Mütəxəssislər bildirir ki, bu təchizat problemləri gələcəkdə təqdim olunacaq iPhone 18 seriyasına da təsir göstərə bilər. Buna baxmayaraq, iPhone 17 seriyası Apple üçün yeni zirvələr açmağa davam edir.