ABŞ Prezidenti Donald Trampın amerikalılar arasında ümumi reytinqi rekord səviyyədə aşağı düşüb. Bu rəqəm 37%-ə qədərdir. Yeni aşağı reytinq hər iki prezidentlik müddətinə aiddir.
Planetinfo.az xəbər verir ki, bununla bağlı nəticələr "The Washington Post", "ABC News" və "Ipsos" tərəfindən birgə keçirilən sorğuda əldə edilib.
Sorğuya görə, ABŞ respondentlərinin 62%-i Amerika liderinin yürütdüyü siyasətə qarşıdır. Respondentlərin 66%-i onun İrana qarşı hərəkətlərini bəyənmir, yalnız 34% isə prezidentin iqtisadi siyasətini dəstəkləyib. Prezidentin inflyasiya ilə bağlı olan reytinq isə 27%-ə düşüb.
“The Washington Post” qəzetində dərc olunan hesabatda qeyd edilib ki, Trampın zəifləmiş mövqeyi 2026-cı il noyabrın 3-də keçiriləcək seçkilərdə Nümayəndələr Palatasında və Senatda respublikaçıların tuta biləcəkləri yerləri risk altına qoyub.