Gündəm Dün, 23:00

Azərbaycanlı aktrisa toyundan paylaşım etdi



Xəbər verdiyimiz kimi, Türkiyədə yaşayan azərbaycanlı aktrisa Nəsrin Cavadzadə bu gün ailə həyatı qurub.

Planetinfo.az xəbər verir ki, sənətçi Bodrumda baş tutan toyundan görüntülərini izləyiciləri ilə bölüşüb.

O, şəxsi sosial şəbəkə hesabında ilk dəfə həyat yoldaşı Kadir Taner Uçar ilə birlikdə çəkilmiş şəkillərini də yayımlayıb.

Xatırladaq ki, Türkiyənin "Yasak Elma" və "Üç Kuruş" kimi məşhur serialları ilə tanınan aktrisa, iş adamı Kadir Taner Uçar ilə Bodrumun tanınmış istirahət mərkəzlərindən birində nikah masasına əyləşib.

Xəbər lenti