Gündəm Bugün, 10:38

Bu gün 10 vaqon gübrə Azərbaycandan Ermənistana göndəriləcək



Bu gün Rusiyadan Ermənistana göndərilən 10 vaqon gübrə Azərbaycan ərazisindən tranzit keçəcək.

Planetinfo.az xəbər verir ki, bu barədə informasiyanı “Azərbaycan Dəmir Yolları” QSC yayıb.

Bildirilib ki, vaqonların saat 15:00-da Biləcəri stansiyasından yola salınması gözlənilir.


Xatırladaq ki, ötən gün də 8 vaqondan ibarət, çəkisi 536 ton olan gübrə Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə yola salınıb.


Qeyd edək ki, yükün Azərbaycan ərazisindən tranzit qaydada Ermənistana göndərilməsi regionda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası baxımından diqqət çəkir.

Xəbər lenti