Ermənistanın Baş naziri Nikol Paşinyan 2028-ci ildə Azərbaycana səfər edə biləcəyinə ümid etdiyini bildirib.
Planetinfo.az xəbər verir ki, o, bunu İrəvanda keçirilən Avropa Siyasi Birliyinin VIII sammitində çıxışı zamanı deyib.
“Ümid edirəm ki, Avropa Siyasi Birliyinin sammitinin keçiriləcəyi 2028-ci ildə Azərbaycana səfər etmək imkanım olacaq”, - deyə Paşinyan bildirib.
Qeyd edək ki, Avropa Siyasi Birliyinin VIII sammiti bu gün İrəvanda keçirilir.
Sammit “Gələcəyi qururuq: Avropada birlik və dayanıqlılıq” devizi altında təşkil olunub.